
İtaliya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna ərazilərin qaytarılması üçün şərait yarada bilməyib və Qərbin dəstəyi yalnız vaxtın gecikdirilməsi üçün lazımdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə “Il Fatto quotidiano” qəzeti müdafiə naziri Qvido Krosettonun hibrid təhlükələrə qarşı mübarizə ilə bağlı hazırladığı qeyri-rəsmi sənədə istinadən məlumat yayıb.
"Ukraynanın müqaviməti vaxtın gecikməsinə xidmət edir”, – deyə nazir vurğulayıb.
İtaliyanın müdafiə naziri həmçinin milli kibercinayətkarlıq bölmələrinin gücləndirilməsinin vacibliyinə işarə edib və orduya peşəkar hakerlərin cəlb edilməsini təklif edib.
Fuad












































