Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Putinlə Qərbin və Ukraynanın başı üzərindən müharibəni dayandıra bilməyəcək

Tramp Putinlə Qərbin və Ukraynanın başı üzərindən müharibəni dayandıra bilməyəcək


“Ukrayna prezidenti Zelenskinin Türkiyəyə səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər Ukrayna -Rusiya müharibəsinin dayandırılması istiqamətində növbəti bir cəhddir. Bu dəfəki səfərdə müzakirəyə Zelenskinin həll paketi çıxarılmışdı və bəzi humanitar məsələlərin gündəliyi var idi. Lakin Rusiya bu görüşlərə qatılmadı”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Zelenskinin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. O deyib ki, Türkiyənin, onun prezidenti R.T.Ərdoğanın dünyada və bölgədə artan nüfuzunu və hər iki dövlət başçıları ilə sıx münasibətlərini nəzərə alsaq Ankaranın vasitəçiliyi effekt verə bilər:

“Belə bir təcrübə uğurla daha əvvəl sınaqdan çıxarılıb. Ancaq o da həqiqətdir ki, Ukrayna Rusiya müharibəsi mahiyyətcə beynəlxalq miqyas aldığından burda bir çox oyunçular da iştirak edir. Onların maraqları da uzlaşdırılmalıdlr. Birləşmiş Ştatların təklif etdiyi birtərəfli həll yolu faktiki olaraq iflas etdi. Trampın ərazi əvəzinə sülh, ağır güzəştlərlə bağlı mesajlarını Rusiya məqbul saymadı, həmçinin kollektiv qərbin də dəstəyini qazanmadı. İndi Ağ Ev rəhbərinin 28 maddəlik planının detalları məlum olmasa da düşünürəm ki, bu əvvəlki planın yenidən işlənmiş, Moskvanın xeyrinə dəyişikliklərə uğramış variantıdır. Bunu da nə Qərb, nə də Ukraynanın qəbul edəcəyi ağlabatandır”.

Əli Orucov hesab edir ki, Tramp Putinlə təkbaşına Qərbin və Ukraynanın başı üzərindən bu müharibəni dayandıra bilməyəcək:

“Bu Qərb-ABŞ, Ukrayna -ABŞ arasında fikir ayrılıqlarını artıra biləcək ki, Moskvaya da belə vəziyyət lazımdır. Koalisiyanın parçalamaq, paralel olaraq da Ukraynanı Vaşinqtonun təzyiqi altına salmaq. Əvvəlki həll paketində Ukraynanın kapitulyasiyası, silahsızlaşdırılması, 20 faiz iqtisadi cəhətdən fəal olan ərazi itkisi və açıq qalan təhlükəsizlik təklifi vardı. Həmin plan Kremlin müharibəyə başlaması üçün gətirdiyi əsaslar, daha dəqiqi bəhanələrə uyğun idi. Odur ki, ABŞ Rusiya ilə əməkdaşlıq əldə edəcəksə bu onun da imicinə, beynəlxalq mövqeyinə ciddi şəkildə mənfi təsir göstərəcək”.

Süleyman
Xəbəri paylaş