Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın planı Moskvanın işğalçılıq addımlarını dayandırmağa və sülhə gətirib çıxarmayacaq

Trampın planı Moskvanın işğalçılıq addımlarını dayandırmağa  və sülhə gətirib çıxarmayacaq



".D.Trampın Ukrayna -Rusiya müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi 28 maddəlik planı Moskvanın işğalçılıq addımlarını dayandırmağa və sülhə gətirib çıxarmayacaq".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Orucov səsləndirib. Onun sözlərinə görə, əgər həmin plan reallaşarsa, bu Putini daha da cürətləndirəcək və beynəlxalq siyasətdə fəaliyyətini artırmasına imkan yaradacaq:

"Ukrayna-Rusiya müharibəsinin doğuracağı yekun nəticələr dünya nizamını ciddi şəkildə təsirləndirəcəyini nəzərə alsaq o zaman Birləşmiş Ştatların maraqları və təhlükəsizliyi üçün də gələcəkdə problemlərin yaranacağı qaçınılmaz olacaq. Kreml Pekinlə birlikdə çoxqütblü dünyanın formalaşması istiqamətində işbirliyindıdir və bu məqsədlərə doğru da addım addım yaxınlaşılır" .

Əli Orucov deyib ki, Tramp Ukraynanı əzməklə onlara kömək etmiş olur və ABŞ hegemonluq rolunun ciddi şəkildə zədələnməsinə yol açır:

"Mən zənn etmirəm ki, Ağ Ev rəhbərinin təqdim etdiyi təslimçilik planı həyata keçəcək və bölgəyə sülh gətirəcək. Əksinə bu, günyada xüsusən də Avrasiyada yeni gərginlik ocaqlarının yaranmasına stimul verəcək. Moskvanın imoeriyapərəst niyyətlərinə ən ciddi sədd olan Ukraynanın bilərəkdən yem edilməsi həmin qüvvələri hərəkətləndirərək Şərqi Avropadan tutmuş Cənubi Qafqaz da daxil Mərkəzi Asiyayadək böyük bir coğrafiyada sabitliyin pozulması istiqamətində fəaliyyətini artıracaq. Məncə ABŞ-dan fərqli olaraq kollektiv Qərb bu məsuliyyəti qətiyyətli şəkildə öz üzərinə götürməlidir".

Süleyman
Xəbəri paylaş