Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub

Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub


Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub.

Newscenter.az-ın məlumatına görə, "Report"un əməkdaşı hadisə yerindən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır.

Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Xəbəri paylaş