Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa silah istehsalını artırır

Polşa silah istehsalını artırır



Polşa yaxın illərdə 155 mm-lik artilleriya mərmilərinin istehsalını 30 dəfə artırmağı planlaşdırır. Bu barədə baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış Zakopanedə yerli hökumətlə bağlı forumda çıxışı zamanı bildirib.

RMF24 radiostansiyası nazirin sözlərindən sitat gətirir: "Sursat [istehsalat] fabrikləri haqqında qanun sayəsində 155 mm [kalibrli] sursat istehsal etmək gücü 30 dəfə artmalıdır".

Kosiniak-Kamış əlavə edib ki, hökumət üç belə fabrikin tikintisinə 3 milyard zloti (təxminən 750 milyon dollar) ayırıb və bu qurğuların istifadəyə verilməsi Polşanın bu çaplı mərmi istehsalında müstəqilliyini təmin edəcək.

Nazir həmçinin xatırladıb ki, son iki ildə PGZ müdafiə konserninin bir hissəsi olan MESKO şirkəti kiçik çaplı mərmilərin istehsalını ildə 50 milyondan 250 milyon ədədə çatdırıb.
Xəbəri paylaş