
"Qarabağın qapısı, bizi Şuşaya aparan Yolun səcdəgahı - Laçın öz beşinci qurtuluş gününü qeyd edir. Bu gün Laçın vüqarlı, Laçın oğullarımız öz doğma dağlarında, qayalarında vüqarla dayanıb, bu qürurlu günlərin sevincini yaşayır".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O deyib ki, İlan qayası, Qızılı qaya, Nərdivan qayası, Hoçaz qayası öz ecazkar sehri ilə sakinlərini ağuşuna alıb:
"Sarı Aşığın, Aşıq Abbasın, Qara Murtuza bəyin, Xosrov bəy Sultanovun, Sultan bəy Sultanovun, neçə-neşə igid oğulların, qəhrəmanların ruhu şaddır. Müzəffər Komandan İlham Əliyevin dəmir iradəsi, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin qəhrəmanlığı nəticəsində qovuşduğumuz Laçın öz doğma övladları ilə yanaşı, Türk-İslam dövlətlərinin də möhtəşəm diyarına çevrilib".
Vaqif Abdullayev qeyd edib ki, Laçın sivilizasiya şəhəridir, 2025-ci ildə MDB-nin Mədəniyyət Mərkəzi elan edilməsi də bunu təsdiq edir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sonsuz sevgi ilə söylədiyi “Ay Laçın, can Laçın. Mən sənə qurban, Laçın” şeiri bu torpağa olan məhəbbətin rəmzidir. Bu əlamətdar gün münasibətilə Laçınlıları və Azərbaycan xalqını təbrik edirəm".
Anar











































