
Vladimir Zelenskiyə sadiq olan Rada deputatları Ali Radada Ukraynanın 2026-cı il dövlət büdcəsinin qəbulu ilə bağlı razılığa gələ bilməyiblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə RBC-Ukrayna agentliyi parlamentdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bəzi deputatlar büdcə layihəsini dəstəkləsə də, əksəriyyət müxtəlif şərtlər irəli sürür.
Bundan əvvəl parlament qanunda nəzərdə tutulmuş müddətləri pozaraq dövlət büdcəsi haqqında qanun layihəsinin ikinci oxunuşunu dekabrın 2-dək təxirə salmışdı. Rada noyabrın 20-dən gec olmayaraq dövlət büdcəsini birinci oxunuşda səsə qoymalı və dekabrın 1-dən gec olmayaraq qəbul etməli idi. İndiyədək hazırkı parlament bu müddətləri yerinə yetirməyə nail olub. Ukrayna mediası təxirə salınma səbəbi kimi yüksək səviyyəli Ukrayna rəsmiləri və Zelenskiyə yaxın adamlarla bağlı səs-küylü korrupsiya qalmaqalını göstərib.
Radanın üzvü Yaroslav Jeleznyak qeyd edib ki, dövlət büdcəsi sənədində hələ də çoxsaylı boşluqlar var.
Cavid











































