Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 90 yeni məktəb tikiləcək

Bu il 90 yeni məktəb tikiləcək


Təhsil Nazirliyinin məlumatına görə, xarabalığa çevrilmiş, üçnövbəli məktəblərin problemini həll etmək üçün

Bu il Qazaxıstanda 47 min şagird yerlik 90 yeni məktəbin tikintisi planlaşdırılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəb tikintisi xüsusi dövlət fondunun vəsaiti, təhsil infrastrukturunun dəstək fondu, yerli büdcə vəsaitləri və özəl investisiyaların cəlb edilməsi hesabına həyata keçiriləcək.

Yeni məktəblərin əksəriyyəti Astana və Şımkent şəhərlərində, eləcə də Aktobe, Atırau, Şərqi Qazaxıstan, Jambıl, Jetsu, Qərbi Qazaxıstan və Türküstan vilayətlərində inşa olunacaq.

Bundan əlavə, vahid müasir məktəb infrastrukturu formatına keçmək üçün 2029-cu ilə qədər 1300 məktəbin, o cümlədən kənd yerlərindəki 900 məktəbin təmiri proqramı həyata keçirilir.

Qeyd edilib ki, 2025-ci ilə qədər ölkədə təxminən 236 min şagird yerlik 162 məktəbin tikintisi başa çatdırılıb. Son üç ildə ümumilikdə 746 min şagird yerlik 584 məktəb istifadəyə verilib.

Süleyman
Xəbəri paylaş