Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb


Vaşinqtonun kommersiya neft ehtiyatları bir həftə ərzində 9 milyon barel azalıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Nazirlik bildirilib ki, neft ehtiyatı nəticədə 419,8 milyon barelə çatıb.

Nazirlik, mövcud ehtiyat səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 5% aşağı olduğunu açıqlayıb.

Məlumata görə, Londonun ICE birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2,36% artaraq 72,01 dollar/barel təşkil edib ki, bu da 31 iyul 2025-ci ildən bəri ilk dəfə 72 dollar/barel həddini keçib.

Anar
Xəbəri paylaş