Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk coğrafiyasında ortaq TV və mətbuat formalaşdırılacaq

Türk coğrafiyasında ortaq TV və mətbuat formalaşdırılacaq


Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) prezidenti Ruslan İmanzadə OKTAN Türk Təşkilatının İdarə Heyətinin sədri Rauf Babacanla görüşüb.

Bu barədə Newscenter.az-a məlumat verən ATUİAB rəhbəri deyib ki, görüşdə rəhbərlik etdiyi qurumla OKTAN Türk Təşkilatı arasında mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib, gələcəkdə həyata keçirilməsi mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb:

"Müzakirə edilən və ümumi razılıq əldə olunan layihələrdən biri Türk coğrafiyasında ortaq TV və mətbuatın formalaşdırılması ilə bağlı oldu. Həmçinin, Türk dünyasından olan savadlı, bacarıqlı gənclərə yönöəlik təqaüd proqramlarının hazırlanıb yaxın zamanlarda həyata keçirilməsi barədə razılıq əldə edildi. Eyni zamanda Türk dünyasında fəaliyyət göstərən dövlət universtetləri ilə əlaqələr yaradılıb orada təhsil alan tələbələrin təhslinə dəstək nümayiş etdiriləcək".

Ruslan İmanzadə görüşdə iqtisadi, mədəni və idman sahəsində də əməkdaşlıq məsələləri müzakirə edilib:

"Birlikdə startup layihələrinin formalaşdırılıb maliyyələşdirilməsi, həmin layihələrə dövlət və biznes strukturları tərəfindən dəstək alınmasına nail olmaq, onları inkişaf etdirilməsi də müzakirə mövzusu oldu. Bundan sonra ATUİAB və OKTAN Türk Təşkilatı Türk dünyasında həm iqtisadi, həm mədəni, həm də sosial və idman sahəsində birgə fəaliyyət göstərəcəklər".

Süleyman İsmayılbəyli
Xəbəri paylaş