Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan vasitəsilə İrandan 312 nəfər təxliyə olunub

Azərbaycan vasitəsilə İrandan 312 nəfər təxliyə olunub


ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Newscenter.az bildirir ki, "Report"un əldə etdiyi məlumata əsasən, fevralın 28-dən martın 2-si səhər saat 10:00-a qədər sərhədi 101 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 76, Rusiyanın 39, Pakistanın 32, Səudiyyə Ərəbistanının 18, Tacikistanın 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın, Fransanın, Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Xəbəri paylaş