
Xəzər Universitetində “3-cü Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə doğru: 100-cü ildönümündə Bakı Türkoloji Qurultayından bugünə ortaq əlifba məsələləri” Beynəlxalq Elmi simpoziumu keçirilib. Beynəlxalq elmi simpoziuma Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər dövlətlərfən elm adamları, tədqiqatçılar qatılıblar..
Newscenter.az xəbər verir ki, beynəlxalq elmi simpoziumda iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “I Türkoloji qurultayın Türk xalqlarının mədəni-fəlsəfi həyatına təsiri: tarix və müasirlik” mövzusunda məruzə edib. O bildirib ki, yüz il bundan öncə Azərbaycanın paytaxtı Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsi Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində çox mühüm bir hadisə olmuşdur: “Birinci Türkoloji Qurultayın keçirilməsində əsas məqsəd Türk xalqlarının milli əlifbası və milli terminologiya məsələsi olsa da, digər önəmli məsələlər də müzakirə olunmuşdur. Sovet Rusiyası Türk xalqlarını Ərəb əlifbasından və Ərəb-Fars mənşəli sözlərdən uzaqlaşdırmaqla imperiya maraqlarına güddüyü halda, Türk xalqlarını təmsil edən alimlər bu fürsətdən istifadə edərək yeni Türk əlifbası və təmiz Türk dili formalaşdırmağa cəhd göstərmişdilər. Bu baxımdan bütün türkoloq alimlər, o cümlədən Azərbaycan türkoloqları üçün bu mücadilə bir tərəfdən şərəfli olsa da, digər tərəfdən onların böyük çoxluğunun repressiya olunması ilə nəticələnmişdir”.

Süleyman










































