
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər. Fidan və Bayramov bölgədəki münaqişələrə son qoymaq üçün birgə səyləri müzakirə ediblər.
Həm Fidan. həm də Bayramov mövcud gərginliyin aradan qaldırılması üçün diplomatik səylərin artırılmasını zəruri hesab edib. Nazirlər Azərbaycan və Türkiyənin regionda sülh və sabitlikdən yana olduqlarını ifadə ediblər.
Anar










































