
Körfəz ölkələrinin hava məkanının bağlanması səbəbindən 3400-dən çox uçuş ləğv edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bölgədəki altıdan çox əsas mərkəz, o cümlədən Dubay Beynəlxalq Hava Limanı, Şarja, Əbu-Dabi və Dohadakı Həməd Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
Yaxın Şərqdəki hava limanları Avropa, Asiya və Afrika arasında vacib mərkəzlər olduğundan, bu bağlanmalar dünya miqyasında domino effekti yaradıb.
Bildirilir ki, münaqişə davam etdikcə minlərlə sərnişin qeyri-müəyyənlik içində qalacaq və qlobal hava nəqliyyatına mənfi təsir göstərəcək.
Anar










































