
"Son illərdə dünyada yüksək rəqəmsal texnologiyaların, süni intellektin sıçrayışlı inkişafı qlobal siyasətin də strukturunu, dövlətlərin idarəetmə sistemlərini və milli təhlükəsizliyini də kökündən dəyişməkdədir. Müasir proseslər onu göstərir ki, süni texnologiyalar artıq kibercinayətkarlıq və kiberhücumlarla yanaşı, hərbi sənayenin də bir elementinə çevrilib".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev eyib. O bildirib ki, informasiya müharibəsi ilə yanaşı, kiberorduların yaranması artıq reallıqdır və proksi-hücumların təşkili, müxtəlif strateji məntəqələrin rəqəmsal silahlarla çıxarılması artıq reallıqdır:
"Məhz rəqəmsal bazalar əsasında hansısa dövlətin informasiya ehtiyatlarının və məxfi, xüsusi müfahizə olunan strateji məlumatlarının, ələxsus da hərbi sirlərinin ələ keçirilməsi nəticəsində həmin dövlətin ən strateji obyektləri hədəfə alınır, proksi-müharibələrlə əlaqələndirilərək ən vacib strateji hədəfləri və şəxsləri sıradan çıxarılır.
Qonşu İranda və yaxın regionlarda baş verən toqquşmalarda rəqəmsal və süni intellekt texnologiyalarının hansı yüksək rola malik olduğunu bir daha gördük".
Vaqif Abdullayevin sözlərinə görə, bütün bunlar onu təsdiqləyir ki, müasir rəqəmsal texnologiyalar dövlətlərin milli informasiya sistemlərinin mühafizəsi, təhlükəsizliyi və suverenliyinin qorunması baxımından olduqca vacibdir:
"Bu nöqteyi-nəzərdən Cənab Prezident İlham Əliyevin uzaqgörən müdrik qərarları sayəsində Azərbaycanda kibertəhlükəsizlik risklərinin qarşısını almaq, etibarlı mühafizə etmək üçün möhkəm ekosistem qurulub. Dövlət başçısının Fərmanı ilə bir neçə gün əvvəl yaradılan yeni qurum - Rəqəmsal İnkişaf Şurası isə milli təhlükəsizliyimizin daha da gücləndirilməsi baxımından olduqca mühüm və vaxtında atılmış addım hesab edilə bilər. Şuranın sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təyin edilməsi isə ən düzgün seçim olmaqla, qarşıya qoyulan məqsədlərə maksimum çatmağa imkan verəcək".
Professor onu da deyib ki, Mehriban Əliyevanın Azərbaycanın ictimai, humanitar, sosial sahələrində dövlət idarəçiliyinin təkmilləşməsində, yeni şəffaf modelin qurulmasında fəaliyyəti hər kəsə məlumdur:
"Ona görə də Onun Rəqəmsal İnkişaf Şurasının rəhbəri fəaliyyəti sayəsində Azərbaycan öz rəqəmsal müstəqilliyini, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik arxitekturasını daha möhkəmləndirəcək".
Süleyman










































