Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

35 əyalətdə İŞİD-ə qarşı əməliyyat: 184 şübhəli saxlanılıb

35 əyalətdə İŞİD-ə qarşı əməliyyat: 184 şübhəli saxlanılıb


Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, son iki həftə ərzində 35 əyalətdə İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlarda 184 şübhəli tutulub və onlardan 22-si həbs edilib.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Baş Prokurorluq və əyalət polis idarələrinin TEM şöbələri ilə koordinasiyalı şəkildə Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə İdarəsi (TEM) və Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən 35 əyalətdə eyni vaxtda əməliyyatlar həyata keçirilib.

"Son iki həftədir fasiləsiz davam edən əməliyyatlar çərçivəsində əvvəllər İŞİD terror təşkilatında aktiv olan, həbs qərarı qüvvədə olan və təşkilata maliyyə dəstəyi verən 184 şübhəli saxlanılıb",-deyə açıqlamada bildirilib.

Anar

Xəbəri paylaş