
İranın yeni ali dini rəhbəri seçilib. Bu barədə Ekspertlər Məclisindən bildirilib. Yəgin ki, məclisin katibliyi yaxın saatlarda həmən şəxsin adını ictimaiyyətə elan edəcək. Yeni ali dini rəhbəri çox böyük çətinlik gözləyir. İlk növbəti ABŞ ilə bir yolla dil tapıb bu əməliyyatları dayandırmağı bacarmalıdır. Bunu o şəkildə etməlidir ki, SEPAH və mühafizəkar düşərgənin narazılığını çəkməsin.
İkincisi, başında prezident Məsud Pezeşkianın durduğu islahatçı bürokratiya, başında Məhəmməd Bagir Qalibafın durduğu mühafizəkar parlament və başında SEPAH - ın durduğu millitarist hərbi düşərgə arasında ortaq dil tapmalıdır. Vəzifə bölgəsini elə aparılmalıdır ki, nə islahatçıların, nə mühafizəkarların, nə SEPAH - ın, nə də dini üləmanın qəzəbinə gəlməsin. Bölgə ölkələri ilə yaranan problemləri həll etmək üçün çalışmalıdır. Körfəz ölkələri və Azərbaycana İran müharibə dövründə zərbələr endirib. İkitərəfli münasibətlərin inkişafı üçün Tehran lazımi addımlar atmalıdır və bunun məsuliyyəti yeni ali dini rəhbərin üzərindədir.
Ən önəmli məsələ isə müharibədən böyük dağıntılarla çıxmış İranın bərpası üçün xarici investorlarlar tapmalıdır. Dağıntıların miqyası çox böyükdür və İranın təkbaşına onların öhdəsindən gəlməsi hardasa mümkünsüzdür. Bu büdcəsinin böyük həcmdə yüklənməsi olar. Yəgin ki, yeni investor Çinin hesabına əldə ediləcək. Müharibə davam etdikcə və dağıntıların miqyası genişləndikcə Çin iş adamlarının İranı tikmək iştahı daha da böyüyür.
Zeynal Əmrəliyev, politoloq












































