
"Bu günki korrupsioner və rüşvətxor baş nazir Əli Əsədovun Milli Məclisdə çıxışı zamanı Qarabağ rayonlarının adını düz deməməsi , ölkə başçısına hörmətsizlik əlaməti olaraq Onun adını düzgün tələffüz etməməsi, Nazirlər Kabinetini rüşvət yuvasına çevirməsi barədə öz fikirlərimi aylar öncə açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırmışdım".
Newscenter.az xəbər verir ki, bunları Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O deyib ki, Əli Əsədov haqqında bu gün yazılanlar və deyilənlər onun bir hissəsidir:
"Onun bacarıqsızlığı, milli dilimizə sayğısızlığı, höküməti idarə edə bilməməsi və ən böyük rüşvətxor, eyni zamanda Ramiz Mehdiyevin kadrı olması danılmaz faktdır. Hələ Prezident Administrasiyasında şöbə müdürü işlədiyi zaman Bayraq Meydanında milyonların Ramiz Mehdiyevlə birlikdə mənimsəməsi bu gün fakt olaraq qalır.
Həmçinin ölkə başçısının bir neçə il bundan öncə Bakı şəhərində kanalizasiya və su borularının dəyişdirilməsi və yenidən qurulmasına ayırdığı büdcənnin mənimsənilməsində Ramiz Mehdiyevin sağ əlləri olan Əli Əsədov və digərləri iştirak ediblər".
Hafiz Hacıyev hesab edir ki, Azərbaycanda prezident üsül idarəsi olduğuna görə, Nazirlər Kbinetinə heç bir ehtiyac yoxdur:
"Təklif edirəm ki, Nazirlər Kabineti ləğv olunmalı və səlahiyyətlər Vitse-prezidentlik insitutuna həvalə edilməlidir. Eyni zamanda vitse-prezidentlərin sayı artırılmalıdır.
Xalqın malını bu cür talan edib yeyənlərin istər daxildə, istər xaricdə gizlətdikləri varidat əllərindən allnıb XALQ Fondu yaradılıb xalqa qaytarılmalıdır və bu cür məmurlar ifşa edilib cəzalanmalıdır!!!".
Süleyman











































