Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ukrayna əlaqələri qədim və şanlı tarixə söykənir

Azərbaycan və Ukrayna əlaqələri qədim və şanlı tarixə söykənir


Azərbaycan və Ukrayna əlaqələri qədim və şanlı tarixə söykənir. 107 il əvvəl Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik dialoqun təməli qoyulub.

Keçmiş itifaq dövründə Ukrayna və Azərbaycan ənənəvi səmimi dostluğu qoruyub saxlamışdır. İki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq ikitərəfli əlaqələrin inkişafı 1994-cü ildən sonraya təsadüf edir.

Ulu öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya səfəri ölkələr arasında siyasi-iqtisadi, hərbi əlaqələrin inkişafına təkan verdi.

Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev Prezident seçildikdən sonra daha da inkişaf edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident seçildikdən sonra 2019-cu ildə dekabrın 16-da Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycana rəsmi səfər etməsi isə ölkəmizə olan dərin hörmətin nümunəsi sayıla bilər.
Cənab İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə çatmasında mühüm rol oynayıb.

Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana işgüzar səfəri və Cənab İlham Əliyevlə keçirdiyi görüşlər isə ikitərəfli münasibətlərin daha da inkişafı üçün möhkəm əsaslar yaradır.

Mən Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq qrupunun rəhbəri kimi həmin səfərdə iştirak etmişəm və Ukrayna Prezidentinin Cənab İlham Əliyevə dərin hörmətinin, Ukrayna dövlətinin Azərbaycana qarşı əsil dost münasibətinin şahidi olmuşam. Bu görüş iki ölkə arasında dostluğun nümunəsi kimi yadda qalıbdır.

Deputat kimi müxtəlif siyasi səfərlərdə və görüşlərdə hər zaman Ukrayna xalqının ölkəmizə əsil səmimi məhəbbətini görmüşəm. Ukraynanın İrpen şəhərində Zərifə xanım Əliyevanın adına istirahət parkının və ucaldılmış büstün aclışında ukraynalıların Onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqları hələ də xatirimədidər.

Kiyevdə Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu fəaliyyət göstərir.

Kiyev şəhərində 2018-ci il iyulunda Müslüm Maqomayev bağının açılması, 2019-cu il mayında həmin ünvanda Nəsiminin abidəsinin ucaldılması, noyabr ayında isə Dnepr şəhərində Azərbaycan Mərkəzinin açılışı, həmçinin Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkınnı istifadəyə verilməsi mədəni əlaqələrin yaxşı təcəssümüdür.
Bütün bunlar Azərbaycan və Ukraynanın yaxın dost və strateji tərəfdaş olduğunu təsdiqləyir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş