
Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.
Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Nəticədə yeddi nəfər xəsarət alıb. Onlardan beşinin kimliyi bəllidir: 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, və 2012-ci il təvəllüdlü H.T.
Faktla bağlı araşdırma aparılır.











































