
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Newscenter.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 11:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu ay Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, Xəzərdə aprelin 23-də də zəlzələ olub.
Anar











































