Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni jurnal işıq üzü görəcək

Yeni jurnal işıq üzü görəcək


Yaxın vaxtlarda yeni jurnal işıq üzü görəcək.

Bu barədə məlumat Newscenter.az-a "Azturk Holding"dən daxil olub. Bildirilib ki, ilk dəfə olaraq Azərbaycanda, Avropa standartlarına uyğun hazırlanmış, premium keyfiyyətli və peşəkar dizayna malik aylıq “AZTURK "jurnalı nəşrə başlayır.

“Azturk Medya” tərəfindən hazırlanacaq xüsusi jurnal 50 səhifədən çox eksklüziv və zəngin məzmun, premium dizayn və yüksək çap keyfiyyəti, dövlətçilik, tarix, biznes, texnologiya və gələcəyin layihələri, xüsusi müsahibələr, araşdırmalar və reportajlar, NeoOrdo və beynəlxalq strateji layihələr, Azərbaycanın milli ruhunu və gücünü əks etdirən xüsusi buraxılışları ilə oxuculara təqdim olunacaq.

Şirkətdən bildirilib ki, “AZTURK” jarnalı Azərbaycanın keçmişini, bu gününü və gələcəyini bir araya gətirən yeni nəsil media platformasıdır. Jurnalın ilk buraxılışı 28 may, Respublika Gününə təsadüf edəcək. Jurnalın ilk buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 108 illiyinə həsr olunur.

Süleyman
Xəbəri paylaş