
"Bu dəfə cəmi 10 dəqiqə yağış yağdı. Bakının yolları, tunelləri yenidən iflic oldu. İndi maraqlıdır, görəsən bu dəfə bəhanə nə olacaq? Yenə normadan artıq yağan yağıntı?".
Newscenter.az xəbər verir ki, bunları Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib. O qeyd edib ki, cəmi 10 dəqiqəlik bir yağış şəhəri gölə çevirirsə, deməli problem buludlarda yox, yerdədir:
"Hər tərəfi betonlayıb, torpağın suyu udmaq imkanını əlindən alanda, yağış suları ilə kanalizasiya xətlərini bir-birinə qatanda və tunellərdəki nasosları düzgün hesablamayanda nəticə belə olmalı idi. Yenə məsuliyyəti atın ağzı, dili olmayan təbiətin üstünə. Biz öz-özümüzün qənimi və düşməniyik".
Süleyman











































