Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərin iş tapmasında çətinliklər var

Gənclərin iş tapmasında çətinliklər var



"Bu gün təkcə xanımlar deyil, eləcə də gənc oğlanların iş tapması problemə çevrilib. Ölkədə özünə uyğun iş tapa bilməyən gənclər Azərbaycanı tərk etməyə, xarici ölkələrə üz tutmağa üstünlük verirlər. Bu da öz növbəsində kadr çatışmamazlığına gətirib çıxarır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Millət vəkili deyib ki, nə qədər sosial xarakterli proqramlar qəbul edilib bu istiqamətdə müəyyən işlər görülsə də, lakin ortada olan mənzərə ürək açan deyil:

"Ona görə də hesab edirəm ki, bu istiqamətdə kompleks tədbirlərin görülməsinə ehtiyac var".

Süleyman
Xəbəri paylaş