Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sektorda yeni mərhələ

Aqrar sektorda yeni mərhələ


"Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkənin iqtisadi siyasətində mühüm bir dönüş nöqtəsidir. Dövlət başçısının çıxışı həm son 20 ildə qət edilmiş tarixi inkişaf yoluna işıq saldı, həm də qarşıda duran strateji çağırışları və gözləntiləri ortaya qoydu".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nərmin Səmədova deyib. Onun sözlərinə görə, bu müşavirə, Azərbaycan aqrar sektorunun reallıqlarını və gələcək hədəflərini əks etdirən proqram xarakterli bir yol xəritəsidir:

"Müşavirədə ilk növbədə 2004-cü ildə qəbul edilmiş ilk Regional İnkişaf Proqramının əhəmiyyəti xatırladıldı. Həmin dövrdə bölgələrdə infrastruktur təminatının çox aşağı səviyyədə olduğunu vurğulayan dövlət başçısı, ötən illər ərzində görülən işlərin kənd təsərrüfatına verdiyi təkanı qeyd etdi.

Bu gün ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96%-ə çatıb, elektrik enerjisi və müasir yol infrastrukturu tamamilə yenidən qurulub. Taxtakörpü və Şəmkirçay kimi nəhəng su anbarlarının inşası kənd təsərrüfatının dirçəldilməsində həlledici rol oynayıb".

Hakim partiya təmsilçisi qeyd edib ki, müşavirənin ən diqqətçəkən məqamı Prezidentin mövcud inkişaf tempinə qarşı tənqidi və tələbkar yanaşması oldu:

"Qazanılan uğurlara baxmayaraq, dövlət başçısı son dövrlərdə kənd təsərrüfatı istehsalındakı dinamikanın mövcud potensialla tam üst-üstə düşmədiyini bildirərək, daxili istehsal və idxal balansına dair konkret statistik göstəriciləri diqqətə çatdırdı:

Prezident ət, süd və quş əti məhsulları üzrə daxili təminatın qısa müddətdə tam səviyyəyə çatdırılmasının, xüsusilə strateji əhəmiyyət kəsb edən ərzaqlıq buğda istehsalının artırılmasının zəruriliyini hökumət qarşısında mühüm vəzifə kimi qoydu".

Aygün
Xəbəri paylaş