
“1994-cü ildən uğurla reallaşdırılan neft strategiyası nəticəsində Azərbaycan artıq təkcə regionun deyil, eləcə də dünyanın enerji xəritəsini müəyyənləşdirir, həm regional, həm də qlobal mənada nəticəyə hesablanmış, perspektivli enerji siyasəti həyata keçirir. Bu günlərdə Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u çərçivəsində bu bir daha öz təsdiqini tapdı”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O deyib ki, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u təkcə ənənəvi, protokol xarakteri daşıyan tədbirlər deyil, bu eyni zamanda Azərbaycanın yaxın perspektivdə enerji strategiyası sahəsində hədəflərin qlobal miqyasda təqdimatı, Bakının enerji siyasətində baxış bucağının dünyaya nümayişidir:
“Bildiyiniz kimi bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu təminatı həyata keçirən isə heç şübhəsiz ki, Cənub Qaz Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Forumda çıxışı zamanı dediyi kimi bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Dövlət başçısının qeyd etdiyi kimi, keçən il Azərbaycan qazını 12 Avropa ölkəsi alırdısa. bu gün onların sayı 16-ya çatıb. Xüsusi diqqət yetirilməli məqam isə ondan ibarətdir ki, Azərbaycan qazı alan 16 Avropa ölkəsindən 10-u birbaşa Avropa İttifaqına üzv olan ölkələrdir. Bu, Azərbaycanın Avropa üçün nə dərəcədə önəmli ölkə olduğunu göstərir”.
Arzuman Muradlı onu da qeyd edib ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə görə, Azərbaycan dünyada birinci yerdə qərarlaşıb. Bu isə Bakıya imkan verir ki, qaz təchizatını artırsın:
“Qaz təchizatının artırılması heç şübhəsiz ki, Azərbaycana iqtisadi sahədə yeni dividentlər gətirəcək, ölkə iqtisadiyyatının daha da inkişafına şərait yaradacaq. Bu həm də Azərbaycan üçün yeni tərəfdaşların olması deməkdir”.
Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycan həm də əlverişli nəqliyyat-logistika imkanlarına malikdir və bi amil ölkəmizə olan beynəlxalq marağı daha da artırır:
“Cənab Prezidentin qeyd etdiyi kimi Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik: “Söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik”.
Süleyman












































