Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, İlham Əliyevə olan diqqətəlayiq jestdir

Bu, İlham Əliyevə olan diqqətəlayiq jestdir



Prezident İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Cənab Prezident bu diqqətəlayiq jesti yüksək qiymətləndirərək Trampa böyük ehtiram bəslədiyini bildirib.
Qeyd edək ki, Azadlığı Müdafiə Aktı SSRİ-nin dağılmasından sonra ABŞ tərəfindən yeni müstəqillik əldə etmiş dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədilə 1992-ci ildə qəbul edilib. Əfsuslar olsun ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı bir vaxtda ABŞ-dakı erməni diasporu və onların təsirli lobbi təşkilatlarının təşəbbüsü ilə həmin akta 907-ci düzəliş edildi. Beləliklə, 1992-ci ilin oktyabr ayından etibarən Azadlığı Müdafiə Aktına edilən bu dəyişikliklə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edildi.
2001-ci il 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-ın Əfqanıstanda apardığı müharibəyə dəstəyini nəzərə alan ABŞ hökuməti bu düzəlişi hər növbəti il üçün dondurdu və çoxistiqamətli əməkdaşlığı davam etdiridi.
Azərbaycanın öz gücü hesabına 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad edərək beynəlxalq hüququ bərpa etməsi təəssüf ki, keçmiş prezident Jo Bayden hökuməti tərəfindən birmənalı qarşılanmadı, erməni lobbisinin təsiri altında olan əvvəlki administrasiya heyəti ölkəmizə qarşı qərəzli və riyakar siyasət yürütdü. Azadlığa Dəstək Aktı layihəsi də yaddan çıxdı.
Rəsmi Bakının regionda yeni reallıqlar yaratması, İrəvan başda olmaqla, Qərb və dünya birliyi tərəfindən də qəbul edildi, ABŞ hökuməti də reallıqla barışmalı oldu.
Ələxsus da Tramp administrasiyası olduqca praqmatik siyasət yürüdərək Azərbaycanla yaxın strateji münasibətlər qurmağa üstünlük verdi və Cənab İlham Əliyevlə əməkdaşlığı daim inkişaf etdirdi.
Ötən il avqustun 8-də Vaşinqtonda İlham Əliyevin Donald Tramp ilə görüşü zamanı 907-ci düzəliş ABŞ tərəfindən yenidən donduruldu. Bu, böyük rəmzi məna daşıyır. İndi isə düzəlişin birdəfəlik aradan qaldırılması məsələsi gündəmdədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres 907-ci düzəlişi birdəfəlik ləğv etməlidir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş