
"Azərbaycanın aqrar sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd yerlərinin sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bu məqsədlə cari ilin mayın 25-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının mövcud vəziyyəti və gələcək inkişaf prioritetlərinə həsr olunmuş müşavirə keçirilib".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən YAP üzvü Ülviyyə Bayramlının sözlərinə görə. müşavirədə aqrar sahədə həyata keçirilən layihələrin nəticələri, fermerlərin fəaliyyətinin dəstəklənməsi, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub:
"Bildirilib ki, son illərdə bu sahədə mühüm nailiyyətlər əldə edilsə də, mövcud potensialdan daha səmərəli istifadə olunması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var".
Hakim partiya təmsilçisi qeyd edib ki. müşavirədə həmçinin meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən də bəhs olunub:
"Xüsusilə Qarabağ və Şirvan kanallarının yenidən qurulması və bərpası işlərinin aqrar sahənin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, bu layihələrin reallaşdırılması nəticəsində geniş əkin sahələrinin su təminatı yaxşılaşacaq, su itkiləri minimuma endiriləcək və torpaq ehtiyatlarından daha səmərəli istifadə imkanları yaranacaq. Eyni zamanda, fermerlərin suvarma suyuna çıxışının asanlaşması məhsuldarlığın yüksəlməsinə, yeni əkin sahələrinin dövriyyəyə cəlb olunmasına və kənd təsərrüfatı istehsalının artmasına şərait yaradacaq. Qarabağ və Şirvan kanallarının müasir tələblərə uyğun şəkildə yenidən qurulması regionların sosial-iqtisadi inkişafını sürətləndirəcək, kənd yerlərində məşğulluğun artmasına və əhalinin rifahının yüksəlməsinə mühüm təsir göstərəcəkdir".
Şeyda












































