
Özbəkistanlı tennisçi Sevil Yuldaşeva Beynəlxalq Tennis Federasiyası tərəfindən Ermənistanda keçirilən W15 turnirinin qoşa yarışlarında çempion olub.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə (uza.uz) istinadən bildirir ki, Sevil Yuldaşeva qoşa yarışlarda Qazaxıstandan olan Arujan Sagandikova ilə tandem yaradıb.
Sevil və Arujan final görüşündə italiyalı Gaia Parenti və iranlı Mina Safini 7:5, 6:2 hesabı ilə məğlub edərək turnirin baş mükafatını qazanıblar.
Bu qələbə Sevil Yuldaşeva üçün 955 ABŞ dolları və 15 reytinq xalı pul mükafatı qazandırıb. Üstəlik, bu turnirin tək yarışlarında özbək tennisçi dörddəbir finala yüksəlib.
Arzu











































