Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Omana İranla əlaqələrini kəsmək üçün təzyiq göstərir

ABŞ Omana İranla əlaqələrini kəsmək üçün təzyiq göstərir


Amerika hakimiyyəti Omandan "tərəf seçməsini" və İranla diplomatik əlaqələri kəsməsini tələb edir. Bu iddianı mənbələrə istinadən The Wall Street Journal yayıb .

Onun sözlərinə görə, Vaşinqton Maskatın İslam Respublikası ilə münasibətlərini düşmənçilik kimi görməyə başlayıb və bu yaxınlarda Tramp administrasiyası kəşfiyyatın Omanın Hörmüz boğazından keçid üçün rüsum toplamaqda İranla əməkdaşlıq etməyi planlaşdırdığı qənaətinə gəlməsindən sonra Omanı sanksiyalarla və hətta bombalama ilə hədələyib. Nəşrin qeyd etdiyi kimi, Oman bu cür iddiaları dəfələrlə təkzib edib.

Qəzet qeyd edir ki, Oman rəsmiləri Vaşinqtonun qəfil düşmənçilik nümayişindən "şoka düşüblər" və Amerika hakimiyyətinin bu hərəkətinə cavab vermək üzərində işləyirlər.

Nəşr yazır ki, aqressiv ritorikaya baxmayaraq, Tramp administrasiyası İrana verdiyi dəstəyə görə Omana hücum etməyi planlaşdırmır.
Xəbəri paylaş