Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda 4000 il əvvəl kəllə əməliyyatı keçirmiş uşağın qalıqları tapılıb

Özbəkistanda 4000 il əvvəl kəllə əməliyyatı keçirmiş uşağın qalıqları tapılıb


İtaliya və Özbəkistan arxeoloqları Surxandəryadakı qədim Jarkutan yaşayış məntəqəsində 4000 illik bir məzarda tədqiqat aparıblar.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, məzarda iki uşağın qalıqları tapılıb, onlardan birinin kəlləsində qədim cərrahi əməliyyatın izləri olub.

Alimlərin fikrincə, bu, Orta Asiyada trepanasiyanın ən qədim sənədləşdirilmiş halı ola bilər. Trepanasiya kəllədə xüsusi dəliyin yaradılmasını əhatə edən qədim cərrahi prosedurdur.

Qazıntılar Salento Universitetindən Enriko Askalone və Termez Dövlət Universitetindən Əlişir Şaydullayevin rəhbərlik etdiyi İtaliya-Özbəkistan arxeoloji ekspedisiyası tərəfindən aparılıb.

Arzu
Xəbəri paylaş