Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su ehtiyatlarından səmərəli istifadə aqrar inkişafın təminatıdır

Su ehtiyatlarından səmərəli istifadə aqrar inkişafın təminatıdır


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə mayın 25- də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirə zamanı aqrar sahənin inkişafı ilə bağlı görülən işlərə nəzər salınmış, mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılmışdır. Kənd təsərrüfatının müasir tələblərə uyğun inkişafı, innovativ yanaşmaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması məsələləri diqqət mərkəzində olmuşdur.Əlbəttə Cənab Prezident tərəfindən verilən tapşırıqlar bu sahədə həyata keçirilən islahatların daha da sürətləndirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və ölkənin ərzaq təminatının gücləndirilməsinə xidmət edir.
Müşaviridə çıxış edən ölkə başçısı qeyd etmişdir ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.
Onuda qeyd etməliyəm ki, ölkə başçısı çıxışı zamanı bir çox məsələlərə toxunmuşdur. O çıxışında kənd təsərrüfatının inkişafında su təminatının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, bu sahədə son illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Taxtakörpü, Şəmkirçay və Göytəpə kimi iri su anbarlarının tikintisi və istifadəyə verilməsi ölkənin su ehtiyatlarından daha səmərəli istifadə olunmasına geniş imkanlar yaratmışdır. Hazırda isə 10 su anbarının yenidən qurulması layihəsi icra olunur.
Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra həmin ərazilərdə su təsərrüfatının bərpası istiqamətində genişmiqyaslı işlərə başlanılmışdır. Köndələnçay, Xaçınçay, Suqovuşan, Sərsəng və Zabuxçay su anbarlarının yenidən qurulması bölgənin iqtisadi dirçəlişinə mühüm töhfə verir. Eyni zamanda, Bərgüşad və Həkəri su anbarlarının tikintisi davam etdirilir. Qeyd olunmuşdur ki, Azərbaycanın su ehtiyatlarının təxminən 25 faizi Qarabağ və Şərqi Zəngəzurda formalaşır və bu potensialdan səmərəli istifadə həm həmin bölgələrin, həm də digər rayonların su təminatının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu isə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, su ehtiyatlarından qənaətlə istifadəyə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir. Beləliklə, həyata keçirilən genişmiqyaslı su təsərrüfatı layihələri aqrar sektorun dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır.
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş