Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Aleksandr Aldenin namizədliyini irəli sürməsi uğurlu seçimdir

Trampın Aleksandr Aldenin namizədliyini irəli sürməsi uğurlu seçimdir


Birləşmiş Ştatlar prezidenti Donald Tramp Azərbaycana yeni səfir təyin etməyə hazırlaşır. Məlumata görə, Ağ Ev rəhbəri bu vəzifəyə Aleksandr Aldenin namizədliyini irəli sürüb.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Prezident Donald Trampın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Aldenin namizədliyini irəli sürməsi uğurlu seçimdir. Onun sözlərinə görə, daha əvvəl ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan, ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini olan Aleksandr Alden həm peşəkar diplomat, həm də nüfuzlu Johns Hopkins Universitetində beynəlxalq münasibətlər üzrə dərslər keçən tədqiqatçıdır:

"Zənnimcə, ABŞ Senatının Aleksandr Aldenin namizədliyini təsdiqləməsi üçün heç bir problem olmayacaq".

Süleyman
Xəbəri paylaş