
"Azərbaycanın ev sahibliyi etdiyi Bakı Enerji Həftəsi bu il də beynəlxalq enerji gündəliyinin ən mühüm tədbirlərindən biri kimi diqqət mərkəzində olmuşdur. Dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət rəsmilərini, enerji şirkətlərinin rəhbərlərini, investorları və sahə üzrə aparıcı mütəxəssisləri bir araya gətirən bu mötəbər platforma qlobal enerji sektorunda mövcud tendensiyaların, yeni əməkdaşlıq imkanlarının və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə geniş şərait yaratmışdır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Ülkər Əliyeva deyib. Onun sözlərinə görə,
2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin Rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev enerji sahəsində ölkəmizin əldə etdiyi uğurların təməlində dayanan mühüm layihələrə xüsusi diqqət yetirmişdir:
"Dövlət başçısı qeyd etmişdir ki, 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” Azərbaycanın enerji strategiyasında yeni mərhələnin əsasını qoyaraq ölkənin beynəlxalq enerji bazarlarına inteqrasiyasını təmin etmişdir. Sonrakı dövrdə həyata keçirilən Şahdəniz-2 layihəsi, eləcə də Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP və TAP boru kəmərləri Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirmişdir".
Hakim partiya təmsilçisi bildirib ki, Azərbaycanın enerji siyasətində həyata keçirilən ardıcıl və məqsədyönlü strategiya ölkəni regionun aparıcı enerji mərkəzlərindən birinə çevirmişdir:
"Neft və qaz sektorunda əldə olunmuş zəngin təcrübə, formalaşdırılmış müasir infrastruktur və geniş beynəlxalq tərəfdaşlıq əlaqələri bu gün ölkənin yaşıl enerji istiqamətində inamla irəliləməsinə əlverişli zəmin yaradır. Həyata keçirilən layihələr ölkəmizin qlobal enerji keçidində fəal iştirakını təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə və dayanıqlı inkişaf mühitinin formalaşmasına mühüm töhfə verəcəkdir".
Şeyda












































