
"Ermənistanın seçki prosesi başa çatdı, amma gözləntilər böyük ölçüdə özünü doğrultmadı. Məsələ ondadır ki, Paşinyan konstitusiya dəyişikliyi üçün səs toplaya bilmədi. Azərbaycan üçün bu seçkinin konstitusiya dəyişikliyi hissəsi maraqlı idi, amma görünən odur ki, bu, baş tutmayacaq".
Bunları Newscenter.az-a ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki,Ermənistan seçki sisteminin qarışıqlığı hələlik qəti qərar vermək üçün yetərli deyil:
"Ona görə də hesab edirəm ki, bir müddət də gözləmək lazım olacaq. Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi üçün əsas şərtdir. Ermənistanın daxili işi olan bu məsələ Azərbaycan üçün prinsipial deyil. Ermənistan sülh istəyirsə bu məsələni həll etməlidir. Bu, Ermənistanın taleh məsələsidir".
Azər Qasımov hesab edir ki, Azərbaycan isə Ermənistana lazım olan güzəştləri edib və sülhə razılıq verib:
"Bundan sonra da müəyyən məsələlərdə dəstək verə bilər. Amma Ermənistan öz üzərinə düşən məsuliyyəti yaxşı başa düşməlidir. Regionun gələcəyi, daha çox isə öz gələcəyi ilə oynamamalıdır".
Süleyman












































