Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fidan: Orta Dəhliz üçtərəfli əməkdaşlığımızın strateji əsasını təşkil edir

Fidan: Orta Dəhliz üçtərəfli əməkdaşlığımızın strateji əsasını təşkil edir



"Orta Dəhliz üçtərəfli əməkdaşlığımızın strateji əsaslarından birinə çevrilib"

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib ki, bu mexanizm Cənubi Qafqazda sülh və sabitliyin təminatçısıdır.

Görüşün strateji addımlar atmaq üçün əsas yaratdığını vurğulayan Fidan, üçtərəfli əməkdaşlıq mexanizminin yalnız tərəflərin ortaq maraqları ilə məhdudlaşmadığını, həm də regional sülh və rifah üçün mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Süleyman
Xəbəri paylaş