
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, mediator Bənövşə Məmmədova təlim proqramını uğurla başa vuraraq iştirakçı sertifikatı ilə təltif olunub.
Newscenter.az xəbər verir ki, Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndəmiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə edib, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür beynəlxalq təlim və seminarlar mediatorların peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və mediasiya sahəsində qabaqcıl yanaşmaların tətbiqinə mühüm töhfə verir. Mediasiya Şurası gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və mediatorların peşəkar potensialının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Süleyman












































