Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazprom Özbəkistana qaz tədarükünü artırıb

Qazprom Özbəkistana qaz tədarükünü artırıb


Rusiyanın Qazprom şirkəti 2025-ci ilin sonuna qədər Özbəkistana qaz tədarükünü 15% artıraraq 6,5 milyard kubmetrə çatdırıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məlumat şirkətin illik hesabatında yer alıb.

Məlumatlara görə, 2024-cü ilin sonuna qədər tədarük 5,64 milyard kubmetr, 2025-ci ildə isə 6,48 milyard kubmetr təşkil edib.

Ötən illə müqayisədə Qazaxıstandan keçən Orta Asiya-Mərkəz magistral qaz kəməri vasitəsilə Özbəkistana tərs rejimdə qaz tədarükü artıb. 2025-ci ilin dördüncü rübündə Özbəkistana qaz tədarükü maksimum texniki səviyyədə təmin edilib.

Qeyd edək ki, Rusiya qazının Qazaxıstan ərazisi vasitəsilə Özbəkistana tədarükü 2023-cü ildə başlayıb. Tədarük Mərkəzi Asiya-Mərkəz magistral qaz kəməri sistemi vasitəsilə həyata keçirilir.

Süleyman
Xəbəri paylaş