Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə Ərəbistanı Rusiya ilə ticarət dövriyyəsini artıracaq

Səudiyyə Ərəbistanı Rusiya ilə ticarət dövriyyəsini artıracaq



Səudiyyə Ərəbistanı Rusiya ilə ticarəti artırmaq və investisiya əməkdaşlığını stimullaşdırmaq niyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər əl-Xureyf deyib.

Nazir əmin olduğunu bildirib ki, əməkdaşlıq üçün əhəmiyyətli imkanlar var:

"Bu gün ölkələrimiz arasında ticarət həcminə baxdıqda, bu, nisbətən kiçikdir - 4 milyard dollardan bir qədər çoxdur. Bu, Səudiyyə Ərəbistanı və Rusiya iqtisadiyyatlarının miqyasını heç də əks etdirmir. Buna görə də, hazırda bizim vəzifəmiz ticarəti artıracaq, investisiyaları stimullaşdıracaq və iki ölkənin özəl sektorlarını bir-birinə yaxınlaşdıracaq əməkdaşlıq sahələrini müəyyən etməkdir".

Səudiyyəli nazir, "Əminəm ki, Rusiya şirkətləri ilə işləmək yaxşı nəticələr verəcək", - deyə vurğulayıb.

Arzu
Xəbəri paylaş