
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Rodrigez Türkiyəyə səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran məlumat verib. O bildirib ki, Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigezin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gəlir.
Duran sosial media hesabında bildirib ki, səfər zamanı keçiriləcək yüksəksəviyyəli görüş zamanı Türkiyə ilə Venesuela arasındakı çoxşaxəli münasibətlər nəzərdən keçiriləcək və əməkdaşlığı daha da dərinləşdirmək üçün atıla biləcək addımlar qiymətləndiriləcək.
Bundan başqa görüş zamanı mövcud regional və qlobal proseslər barədə də fikir mübadiləsi aparılacaq.
Aygün












































