Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Analar körpə uşaqlarını Tik-Tok səhifələrinə gətirir, onlardan alət kimi istifadə edir

Analar körpə uşaqlarını Tik-Tok səhifələrinə gətirir, onlardan alət kimi istifadə edir


Ölkədə uşaq və yeniyetmələrin davranış və psixologiyasında yaranmış problemlər həyacan siqnalı çalmağın vaxtı çatdığından xəbər verir. Əlbəttə ki, burada əsas səbəblərindən biri də Tik-Tok və digər sosial şəbəkə platformalarının mənfi fəsadlarıdır. Artıq vəziyyət elə bir hala gəlib ki, Milli Məclis bununla bağlı qərar qəbul etmək məcburiyyətində qalıb. Çıxarılacaq qanuna əsasən 16 yaşına çatmamış uşaq və yeniyetmələrin Tik-Tok kimi sosial şəbəkə platformalarına girişinə qadağa qoyulacaq. Çox doğru qərardır və buna əməl etmək də hər bir azərbaycanlının vətəndaşlıq borcudur".

Newscenter.az xəbər verir ki, bunları araşdırmaçı jurnalist Ramidə Yaqubqızı deyib. Onun sözlərinə görə. uşaqlarla yanaşı, valideynlər də bu məsələdə mühafizəçi mövqeyində dayanmalıdır:

"Övladlarının zərərli oyun və vərdişlərə meyillənməməsi və cəmiyyətə yararlı vətəndaş kimi yetişməsi üçün çalışmalıdır. Son dövr uşaq və yeniyetmələrin davranış və psixologiyasında yaranmış bir çox pozuntu hallarına tez-tez rast gəlirik. Bəzi məqamlarda valideynlər problemin kökündə məktəbi günahlandırsalar da, reallıq ondan ibarətdir ki, məktəbin funksiyası əsasən təhsil, savad verməkdir. Yaxşı tərbiyə olunan şagird məktəb vasitəsilə onu sadəcə inkişaf etdirir".

Ramidə Yaqubqızı hesab edir ki, yaranmış acınacaqlı problemin həllində valideynlər məktəblə müştərək işləyərək həll yolları tapmalıdır:

"Amma daha bir açıq qalan və yaxud da narahatlıq yaradan suallardan biri də ondan ibarətdir ki, övladlarını sosial şəbəkə platformalarına gətirən valideynlər haqqında hansı ölçü götürüləcək? Çünki son dövr, əsasəndə qadınlar-analar körpə uşaqlarını Tik-Tok səhifələrinə gətirir, onlardan alət kimi istifadə edir. Tik-Tok-da canlı açıb, orada yatıb-duran bəzi xanımlar övladlarını reklam çarxı kimi gəlir mənbəyinə çevirir. Bəli, elə özləri ağılda olan izləyicilər həmin uşaqların danışıq və hərəkətlərindən "həzz" alır, tərif yağdırırlar. Artıq sosial şəbəkələrdə zərərli zümrə şəklində böyüyən böyük bir uşaq kütləsi var. Yaxşı olardı ilk növbədə onları bu təhlükəli vəziyyətə gətirən valideynlər haqqında ölçü götürülə. Müxtəlif dərəcəli cəzalar tətbiq edilə".

Süleyman
Xəbəri paylaş