Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgələrdə örüş sahələrini kimlər zəbt edir? Heyvandarlıq planlı şəkildə məhv edilir

Bölgələrdə örüş sahələrini kimlər zəbt edir? Heyvandarlıq planlı şəkildə məhv edilir


Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı dövlət başçısı bu sahənin inkişaf etdirilməsi, aqrar sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr versə də, lakin görünən odur ki, aqrar sahəyə cavabdeh olan qurumlar Cənab Prezidentin tapşırıq və tövsiyələrindən nəticə çıxarmayıblar. Hər halda redaksiyamıza daxil olan şikayətdən belə nəticəyə gəlmək mümkündür.

Newscenter.az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Asəf İsmayılov bir sıra rayonlarda örüş sahələrinin qeyri-qanuni olaraq zəbt edildiyi, bununla da heyvandarlığın inkişafına ciddi problem yaradıldığını deyir. Onun sözlərinə görə, Cəlilabad şəhər bələdiyyəsinin 20 hektar örüş torpağı zəpt edilərək yerində heyvan bazarı yaradılıb:

"Bundan başqa, Göytəpə şəhər bələdiyyəsinin örüş torpağını zəpt edib soyuducu anbar tikiblər". Asəf İsmayılov qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-qanuni olaraq zəbt edilməsi təkcə Cəlilabad rayonu ilə kifayətlənmir:

"Ağdaş bələdiyyəsinin örüş sahələrini zəbt edərək orada çiyələk və dənli bitkilər əkiblər". Şikayətçi hesab edir ki, bu cür qeyri-qanuni hallar qeyd edilən rayonlardakı imkanlı şəxslər tərəfindən həyata keçirilir:

"Bu planlı şəkildə heyvandarlığın inkişafına qarşı yönəlmiş addımdır".

Asəf İsmayılov təəssüf hissi ilə qeyd edib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və onun komandası bu cür qeyri-qanuni hallara qarşı səssizlik nümayiş etdirir. Bu isə kənd təsərrüfatı təyinatlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt olunması hallarının artmasına gətirib çıxarır.

P.S.Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

Süleyman
Xəbəri paylaş