Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Samir Vəliyev növbəti vətəndaş qəbulu keçirib

Deputat Samir Vəliyev növbəti vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Samir Vəliyev Nərimanov rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az xəbər verir ki, qəbul zamanı millət vəkili vətəndaşlar fərdi qaydada dinləyərək, onların qarşılaşdıqları problemlərlə yaxından maraqlanıb.

Vətəndaşların müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, təhsil, məişət və digər məsələlərlə bağlı olub.

Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll edilib. Digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.


Süleyman
Xəbəri paylaş