Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dolların məzənnəsi tarixi rekord qırıb

Dolların məzənnəsi tarixi rekord qırıb


Ukraynada dolların məzənnəsi ilk dəfə rekord həddə çataraq 45 qrivnanı keçib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS Ukrayna banklarına istinadən məlumat verir.

Məlumata görə, Ukrayna Beynəlxalq Bankı dollar üçün 45 qrivnadan yuxarı məzənnəni 45,20 qrivna olaraq təyin edən ilk bank olub. Ardınca Monobank eyni addımı atıb. PrivatBank psixoloji həddi 44,99 qrivnada saxlamağa çalışır. Oschadbank hazırda dolları 44,85 qrivnadan satır.

Bir çox valyutadəyişmə məntəqəsi də eyni şeyi təkrarlayaraq məzənnəni dollar üçün 45 qrivnadan yuxarı qaldırıb.

Qeyd edək ki, Ukrayna valyutası olan qrivna son bir neçə ay ərzində düşməyə davam edib. Valyuta məzənnəsini sabitləşdirmək üçün Ukrayna Milli Bankı 1 yanvar tarixində daxili bazarda 14,473 milyard dollar satıb, lakin bu, məhdud nəticələr verib. 1 yanvar 2026-cı il tarixində məzənnə bir dollar üçün 42,35 qrivna təşkil edib.

Şeyda
Xəbəri paylaş