
Aİ vətəndaşlarımızı vizasız səyahəti ləğv etməklə təhdid etsə də, Gürcüstan nəzərdə tutulan yolundan dönməyəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. O bildirib ki, Gürcüstan xalqı dolayı yolla yerli agentlər vasitəsilə vizasız səyahətin ləğvi ilə hədələndikdə, bu, bir tərəfdən Avropa bürokratiyasının, digər tərəfdən isə yerli agentlərin üzləşdiyi ağır vəziyyətdən xəbər verir.
Kobaxidze deyib ki, onlar insanlara təzyiq göstərməklə və onları təhdid etməklə heç nəyə nail ola bilməyəcəklər:
"Çünki Gürcüstan cəmiyyəti hazırda ətrafımızda baş verən proseslərdən yaxşı xəbərdardır. Buna görə də, şantaj işə yaramayacaq".
Qeyd edək ki, Gürcüstan parlamenti 2024-cü ilin may ayında xarici agentlər haqqında qanun qəbul etdikdən sonra Gürcüstanın Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başladı. 2024-cü ilin sonlarında Gürcüstan qanunverici orqanı LGBT təbliğatını qadağan edən qanun qəbul etdi. Bu iki qanun Qərbdə Gürcüstanın Avropa dəyərlərindən yayındığına və Aİ-yə inteqrasiya yolunda olmadığına inanmağa səbəb oldu. Bundan sonra ABŞ və Aİ ölkələri Gürcüstan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə başladılar.
Süleyman












































