Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurasının və Vəkillər Kollegiyasının rəhbərliyi Naxçıvan mediasiya təşkilatında olub

Mediasiya Şurasının və Vəkillər Kollegiyasının rəhbərliyi Naxçıvan mediasiya təşkilatında olub



Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Azərbaycan Respublikası Mediasiya Şurasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association-nın rəhbərliyi Naxçıvan mediasiya təşkilatının ofisində olub.

Newscenter.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Vəkillər Kollegiyasının sədri Anar Baghirov, Naxçıvan mediasiya təşkilatının direktoru Yusif Həsənov, həmçinin təşkilatın mediatorları iştirak ediblər.

Tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya institutunun inkişafında regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarının mühüm rol oynadığını vurğulayıb. O, mediatorların peşəkar fəaliyyətinin və vətəndaşların mediasiyaya əlçatanlığının artırılmasının Mediasiya Şurasının əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə çıxışında hüquqi mübahisələrin həllində vəkillik və mediasiya institutları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın daha da gücləndirilməsinin vətəndaşların hüquqlarının daha effektiv müdafiəsinə töhfə verdiyini bildirib.

Görüş çərçivəsində mediasiya sahəsində səmərəli fəaliyyətlərinə görə Naxçıvan mediasiya təşkilatının direktoru Yusif Həsənov, mediatorları — Orxan Abbasov, Zahid Məmmədov, Mahir Sadıqov və Ələddin Məmmədov sertifikatlarla təltif olunublar.

Sonda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən Naxçıvan mediasiya təşkilatının direktoru Yusif Həsənova Vəkillər Kollegiyasının tarixini əks etdirən xüsusi marka kolleksiyalı əsər hədiyyə olunub.

Süleyman
Xəbəri paylaş