Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediasiya Şurasının və Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət ediblər

Mediasiya Şurasının və Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət ediblər


Naxçıvan Muxtar Respublikasında keçirilən konfrans çərçivəsində səfərdə olan Mediasiya Şurasının və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association-nın rəhbərliyi və üzvləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Newscenter.az xəbər verir ki, nümayəndə heyəti abidə önünə gül dəstələri qoyaraq Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini dərin ehtiramla yad edib.

Ziyarətdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Baghirov, həmçinin Mediasiya Şurasının və Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi, eləcə də mediasiya və hüquq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.\

Süleyman
Xəbəri paylaş