Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda “İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu” mövzusunda regional konfrans keçirilib

Naxçıvanda “İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu” mövzusunda regional konfrans keçirilib


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Mediasiya Şurası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association-nın birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu” mövzusunda regional konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Baghirov, Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri, hakimlər, vəkillər, mediatorlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində insan hüquqlarının müdafiəsində vəkillik və mediasiya institutlarının rolu, hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi və mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxışında vəkillik institutunun hüquqi dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında formalaşmış əməkdaşlıq vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə və hüquq sisteminin inkişafına xidmət edir.

Konfrans zamanı digər məruzələr də dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Süleyman
Xəbəri paylaş