Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Belarus nüvə silahından istifadə etməyə hazırdır

Rusiya və Belarus nüvə silahından istifadə etməyə hazırdır


Rusiya və Belarus İttifaq Dövlətini müdafiə etmək üçün nüvə silahları da daxil olmaqla bütün mövcud vasitələrdən istifadə etməyə hazırdırlar.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomat "İzvestiya" qəzetinə verdiyi müsahibədə deyib ki, Rusiya və Belarus silahlı qüvvələri, eləcə də Rusiya və Belarus təhlükəsizlik orqanları arasında əməkdaşlıq üsulları daim təkmilləşdirilir:

"Biz İttifaq Dövlətinin təhlükəsizliyini təmin etmək üçün nüvə vasitələri də daxil olmaqla, bütün vasitələrdən istifadə etməyə daim hazırıq" .

Nəşrin məlumatına görə, nazir müavini NATO silahlı qüvvələrinin Birlik Dövlətinin sərhədlərinə yaxın ərazilərdə nümayişkaranə və təxribat xarakterli şəkildə toplanmasını da narahatlıqla qeyd edib.

Süleyman
Xəbəri paylaş