
Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib. "ASAN xidmət" təcrübəsinin intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.
Ruhiyyə Mehdiyeva












































